Sumqayıt Dövlət Universitetində qəbul göstəriciləri rekord həddə çatdı

3588

Ötən illə müqayisədə Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri kəskin artıb

Belə ki, 2025/2026-cı tədris ili üzrə SDU-nun bakalavr pilləsində plan yeri 94.1 % dolub. Bu rəqəm ötən il 81.3 % təşkil edib.
2024/2025-ci tədris ili üzrə universitetə ayrılan 1690 plan yerinə 1374 nəfər qəbul olmuşdusa bu il bu rəqəm 1875 nəfər plan yeri üzrə 1765 nəfərə yüksəlmişdir. Bu isə 391 nəfər (29 %) artım deməkdir.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində magistratura  pilləsinə qəbul olunanların sayı da ötən illə müqayisədə 21,5%  artıb. Əgər ötən tədris ilində qəbul olunan magistrantların sayı 251 nəfər idisə, bu il 305 nəfər olmuşdur.

Həm bakalavr, həm də magistratura pillələrində qeydə alınmış bu artım Sumqayıt Dövlət Universitetinin akademik nüfuzunun möhkəmləndiyini və buradakı tədris mühitinin yaxşılaşdığıni göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər