Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində silsilə tədbirlər keçirilib.

731

Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində cümə günləri müəllim və tələbələrin peşəkar inkişafına yönəlmiş elmi və mədəni tədbirlərlə zəngin proqramlar həyata keçirilir. Bu gün fakültədə dörd mühüm görüş təşkil olunub.

Tələbələrin təşəbbüsü ilə görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş bədii gecə keçirilib. Gecədə şairin yaradıcılığına ehtiramla yanaşı, tələbələrin bədii təqdimat bacarıqları da nümayiş etdirilib. Eyni zamanda, “Qüsursuz nitq” mərkəzi tərəfindən tələbələr üçün “Psixoloji təlim zamanı uşaqlara doğru yanaşma metodları” mövzusunda praktik seminar təşkil edilib. Seminar iştirakçılara uşaq psixologiyasına dair dəyərli biliklər qazandırıb.

Fakültənin professoru Ramazan Məmmədovun təqdimatında “Sözün sehri” mühazirələr silsiləsinin ikinci hissəsi də baş tutub. Mühazirə zamanı filoloji təhlil, nitq mədəniyyəti və ədəbi dilin incəlikləri geniş şəkildə izah edilib. Bundan əlavə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində 4-cü kursun 940 saylı təcrübəçi tələbələrinin təşəbbüsü ilə mövzuya həsr olunmuş seminar da keçirilib.

Fakültə kollektivi bu tədbirlərin yalnız yeni bilik və təcrübələr qazandırmadığını, eyni zamanda tələbələrin təşəbbüskarlığını və yaradıcı potensialını artırdığını vurğulayıb. Artıq cümə günləri fakültədə həm elmi, həm də pedaqoji və şəxsi inkişafın təşviq olunduğu xüsusi bir platformaya çevrilib.

Sumqayitxeber.com tədbirlərdən fotoları təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər