Sumqayıt Dövlət Universitetinin magistrantından MİQ imtahanında yüksək nəticə

765

“Ötən il 68,5 bal toplamışdım, bu il nəticəmi 85 bala yüksəltdim”.

Bu sözləri MİQ imtahanında 85 bal toplayan namizəd Kərimli Fidan sumqayitxeber com-a açıqlamasında bildirib.

“Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisası üzrə məzunuyam. Universitetə 572 balla qəbul olmuşam. Hazırda isə Sumqayıt Dövlət Universitetində İnformasiya təhlükısizliyi- İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistratura təhsili alıram.

Bu, MİQ imtahanında ikinci iştirakım idi. Ötən il 68,5 bal toplamışdım, bu il isə nəticəmi 85 bala yüksəldə bildim. Bu nəticədən çox razıyam.

Məncə, imtahan sualları ümumilikdə rahat idi. İxtisas fənni üzrə cəmi üç primitiv səhvim oldu.

Kurikulum hissəsində isə yalnız bir-iki sual üzərində bir qədər düşündüm. Buraxdığım səhvlər daha çox diqqətsizlik və imtahan həyəcanından irəli gəldi.

Gələcəkdə informatika müəllimi kimi fəaliyyət göstərmək istəyirəm. Vakansiya seçimində isə əsas üstünlüyü Bakı və Sumqayıt ətrafındakı məktəblərə verməyi planlaşdırıram”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər