“Sumqayıt” – “Fehervar” matçında anşlaq gözlənilir – AÇIQLAMA

769

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Sumqayıt” – “Fehervar” (Macarıstan) matçına bilet satışı davam edir.

Klubun sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, satışa çıxarılan 9 min biletin böyük qismi satılıb:

“Artıq 8 min civarında bilet satılıb. Oyun saatınadək bütün biletlərin satılacağını gözləyirik. Ola bilsin ki, yağış matçı canlı izləmək istəyənləri bir qədər qorxudub, amma tribunaların dolacağını proqnozlaşdırmaq olar. Bilet almaq istəyənlər stadionun yanındakı kassalara yaxınlaşa bilərlər. Eyni zamanda biletləri “iTicket.az” və 1 saylı Asan Xidmət mərkəzindən də əldə etmək mümkündür”.

Qeyd edək ki, “kimyaçılar” “Fehervar”la cavab matçına iyulun 31-də Macarıstanda çıxacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər