“Sumqayıt” – “Fehervar” matçının biletləri satışa çıxarılıb

1983

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

“Gənclik şəhəri” təmsilçisindən “Report”a verilən məlumata görə, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-də, saat 20:00-da start götürəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər