Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindənSumqayıt Dövlət Universitetində maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan, karyerasını bu istiqamətdə qurmaq istəyən tələbələr üçün “CareerLAB” şəbəkəsi üzrə panel müzakirəsi keçirilib.
Layihənin rəsmi hissəsində SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək,bu cür layihələrin həyata keçirilməsinin tələbələrin gələcək karyera planlaması və düzgün peşə seçimində önəmli rolundan danışıb. Bildirib ki, müasir dövrdə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolu daha aktuallaşıb.Hazırda gənclərin inkişafı, ideyalarını reallaşdırmaları üçün bir çox dövlət qurumları, gənclərlə işləyən müəssisələr və gənclər təşkilatları tərəfindən müxtəlif imkanlar yaradılır. Bunun nəticəsi olaraq minlərlə gənc öz ideyasını reallaşdırmaq şansı əldə edir.
Panel müzakirəsinin moderatorluğunu edən GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova çıxış edərək, “CareerLAB” şəbəkəsi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır. Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
Daha sonra panel müzakirələr başlayıb. Moderatorlar – “Humel” Psixologiya Mərkəzinin rəhbəriTaryel Faziloğlu “İdarəetmə psixologiyası və effektiv davranış metodları”,Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, beynəlxalq qrossmeyster, milli komandanın uzun illər kapitanı Zeynəb Məmmədyarova “Komandanın idarə olunması və motivasiyanın qorunması üçün praktik nümunələr”, “Brain Design” şirkətinin qurucusu, karyera kouçu və sahibkar Orxan Mahmudov “Karyera quruculuğu və idarəolunmasında xüsusi məqamlar, yol xəritəsi”, Bakı Mühəndislik Universitetində şöbə müdiri, təlimçiSevil Novruzqızı “Qadın liderliyi” və “Dünya təcrübəsində effektiv idarəçilik metodları” mövzularında çıxış ediblər. Sondaauditoriyanın sualları cavablandırılıb.
Müzakirə qapadılmışdır.