Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal və bələdiyyə strukturlarında işləyən gənclərə “layihə yazılışı” mövzusunda 2 günlük təlim keçirilmişdir.
Təlimdə interaktiv metodla layihə yazılışının planlaşdırma mərhələləri, problemin təsvir edilməsi, məqsəd və vəzifələrin müəyyən edilməsi, fəaliyyətlərin planlaşdırılması, layihə yazılışında risk və indikatorlardan istifadə, büdcə tərtibatı və digər məsələlərlə bağlı bilik və bacarıqlar aşılandı.İştirakçıların layihənin yazılışında həm nəzəri biliklər almaqla yanaşı, kiçik qruplarda layihə tərtibatının hər bir mərhələsini praktiki şəkildə hazırlayırdılar. Təlimdə Azərbaycan Gənclər Fondunun layihələri qəbul etmə proseduru, habelə əsas prinsipləri haqqında ətraflı məlumat verilmiş və Fondun ərizə forması əsasında iştirakçılara layihə yazılışı da öyrədilmişdir.
Müzakirə qapadılmışdır.