Sağlam Düşüncə” Gənclər Təşkilatı “Tütünə yox!” Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Foto Müsabiqə elan edib.
Təşkilatdan sumqayitxeber.com -a daxil olan məlumata görə kampaniyanın məqsədi gənclər arasında tütünlə mübarizə metodlarını təbliğ etmək və gənclərin bu prosesdə fəallığını artırmaq, ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması, passiv siqaret çəkmək və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir.
“Tütünə yox!” Sağlam Həyat tərzinin təbliğ kampaniyası çərçivəsində təşkil edilən foto-müsabiqəyə gənc fotoqraflar öz çəkdikləri fotolarını 23 dekabr 2013-cü il (Saaat 24.00) tarixinə qədər info@csyo-az.org mail ünvanına göndərməlidirlər. Müsabiqə şərtlərinə uyğun olan fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ümumi qiymətləndirmə nəticəsində üstünlük əldə edən ilk 3 foto qalib elan olunaraq müsabiqədə iştirak etdiyi üçün diplom və müxtəlif DƏYƏRLİ hədiyyələrlə təltif ediləcəklər.
Fotolar əhatə edə bilər:
“Tütünə yox!” Sağlam Həyat tərzi mövzusu ətrafında
• Tütünün insana verdiyi zərərlər
• ictimai və qapalı yerlərdə tütünçəkməyə qarşı əhalinin mənfi münasibəti
• tütünçəkmədən imtina
• tütünçəkən kişi, qadın (o cümlədən hamilə qadın), uşaq, yeniyetmə və gənclərin mənfi təəssürat yaratması
• sağlam həyat tərzinin təbliği (tütünsüz həyatın üstünlükləri)
Müsabiqəyə göndəriləcək fotolar aşağıdakı göstəricilərə cavab verməlidir
– Müsabiqədə 14-29 yaşlı şəxslər iştirak edə bilər.
– Heç bir fotomüsabiqədə iştirak etməməlidir.
– Plagiat olmamalıdır.
– KİV-də yayımlanmamalıdır.
– “Tütünə yox!” Sağlam Həyat tərzi kompaniyasının mözuları çərçivəsində olmalıdır.
– Göndərilmiş foto-şəkilin həcmi 2 MB-dan az olmamalıdır.
– Müsabiqədə qalib gəlmiş şəxs yalnız şəxsən hədiyyəni əldə edə bilər.
– Müsabiqədə iştirak edən şəkilin müəllif hüquqları qorunmalıdır.
– Tələb olunduğu halda şəklin təqdim edən şəxs tərəfindən çəkildiyini sübut etmək iqtidarında olmalıdır.
Hər bir iştirakçı yalnız 10-dək fotoşəkil təqdim edə bilər və təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı, iştirakçılar özləri haqqında məlumatları da (adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.
Son tarixi : 23 dekabr 2013-cü il.
Qeyd: Müsabiqəyə təqdim olunmuş şəkillərin sərgisidə təşkil ediləcək.
Ödəniş: Müsabiqədə iştirak tam olaraq ödənişsizdir.
Qoşulmaq üçün: Mövzuda “Tütünə yox!” Foto-müsabiqə” yazaraq info@csyo-az.org e-mailinə göndərin. E-maildə mütləq Ad, Soyad, Telefon № və müsabiqədə iştirak edəcək şəkillər əlavə olunmalıdır.
Əlaqə: Müsabiqə müddətində bütün məsələlərlə bağlı layihənin koordinatoru Nərmin Hacıyeva ilə əlaqə saxlaya bilərsiniz.
Nərmin Hacıyeva ,
“Sağlam Düşüncə” Gənclər Təşkilatı:
Mob: +994552487131,
e-mail: no_smoking_az@yahoo.com
Müzakirə qapadılmışdır.