Sumqayıt Gömrük Idarəsi sahibkarın yükünü niyə buraxmır?

796

Azadlıq radiosunun yaydığı məlumata görə 25 saylı Nizami İkinci DSK namizədliyini irəli sürən sahibkar Bədrəddin Quliyev də ona təzyiqlərin olduğunu bildirir. Sahibkar idda edir ki, avqustun 18-dən Sumqayıt Gömrük İdarəsində saxlanılan ona məxsus yeddi maşın yükün buraxılmaması birbaşa namizədliyini irəli sürməsi ilə bağlıdır.

Bədrəddin Quliyev iddia edir ki, ona açıq şəkildə deyilib ki, yük namizədliyini geri götürəcəyi halda buraxıla bilər. Buna baxmayaraq, o namizədliyini geri götürmək istəmir:

«Əvvəl tərəddüd elədim, bəlkə namizədliyimi verməyim, amma sonra gördüm mən geri çəkildikcə üstümə gəlirlər. Buna görə də sona qədər gedəcəm, geri çəkilməyəcəm».

Sahibkar deyir ki, o seçkiyə müdaxiləyə görə, Gömrük İdarəsini məhkəməyə verməyə hazırlaşır.

Onu da qeyd edək ki, Bədrəddin Quliyev Cümhuriyyət Xalq Partiyasının sədridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər