Sumqayıt Gömrük İdarəsinin İnspektoru həbs edilib

2176

Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov qaçaqmalçılıq cinayətlərində iştirak etdiyi üçün təqsirləndirilir. İstintaqla müəyyən edilib ki, Elmir Məmmədov qaçaqmalçılıq əməliyyatlarına şərait yaratmaq və müxtəlif üsullarla rüşvət almaqda iştirak edib.

Elmir Məmmədov Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirovla birlikdə qaçaqmalçılıq cinayətlərinə şərait yaradaraq rüşvət alıb. Bu qanunsuz əməllər nəticəsində dövlət büdcəsinə 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin ödənilməsindən yayınma halları müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda qanunsuz hərəkətlərin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər