Sumqayıt hadisələri müzakirə olundu

428

Sumqayıt hadisələrindən 36 il ötür. 27 fevral 1988-ci ildə  Sumqayıtda erməni ekstremistlərinin təşkilatçılığı ilə kütləvi təxribat törədildi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə hazırlanmış bu təxribat  dünyaya azərbaycanlıların mənfi obrazlarının formalaşdırılmasına və Qarabağdakı separatçılara haqq qazandırmağa  xidmət edirdi.

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə Sumqayıt hadisələrinin tədqiqatçısı prof. Ramazan Məmmədov hadisənin mahiyyəti, səbəb və nəticələri haqqında danışəb,tələbələrin suallarını cavablandırıb.

Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva qeyd edib ki, Sumqayıt hadisələrini sonrakı qanlı olaylatın  başlanğıcı kimi yada salıb təhlil etmək çox vacibdir.

Qeyd olunub ki, bu cür müzakirələrin aparılması hadisənin gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər