“Gənclər şəhəri” kimi tanınan Sumqayıt həm də özünün küçə şahmatı ilə də məşhurdur.
Əsasən təqaüdçülərin üz tutduğu bu məkanda hər gün qızğın oyunların şahidi ola bilərsiniz. Tamaşaya gələnlər isə, heç də hamısı şahmat oyununu mükəmməl bilənlər deyil. Sadəcə küçənin ortasında, ayaq üstə oynanılan bu yarışına istər-istəməz maraq yaranır. Seyrə gələnlər arasında oynayanları izləyərək öyrənməyə gələnlər də var. Sumqayıt şahmatçılar şəhəridir. Bu şəhər ölkə idmanına öz töhfəsini verən bir sıra beynəlxalq şahmatçılar yetişdirib.