Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Belarusda qardaşlaşmış şəhərlər xiyabanının açılışında iştirak edib

678
Belarus Respublikasının Mogilyov şəhərində  silsilə “şəhər günü” tədbirləri təşkil edilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Fərid Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti  Mogilyov şəhərində olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Fərid Ələkbərov və  “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyevdən ibarət nümayəndə heyəti Mogilyov şəhərində keçirilmiş “Şəhər günü” tədbirləri çərçivəsində qardaşlaşmış şəhərlər xiyabanının açılışında iştirak edib.
Qeyd edək ki,  Sumqayıt şəhəri 14 il bundan öncə Mogilyov şəhəri ilə qardaşlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər