“Nun” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində polimer kisə istehsalı layihəsi həyata keçiriləcək.
Layihənin investisiya dəyəri 11,2 milyon manat təşkil edir. Hindistanın “Lohia Corp Ltd.” şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.
Müzakirə qapadılmışdır.