“Sumqayıt” klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.
“Report” xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində ayağı sınıb.
Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.
Qeyd edək ki, “Lerik” – “Sumqayıt” görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Müzakirə qapadılmışdır.