Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq Sumqayıt Bələdiyyəsi şəhər ərazisində həm yaşıllıq sahənin salınması, həm də ətraf mühitin tullantılardan qorunması işlərini uğurla icra edir.
Sumqayıt Bələdiyyəsindən Xeberle.com-a veriləm məlumata görə, şəhərin daha təmiz və səliqəli saxlanması naminə qış aylarında olduğu kimi, şəhər ərazisində müxtəlif məkanlara tullantı qabları yerləşdirilir.
Belə ki, şəhərin “Azərbaycan” prospekti boyunca və Bələdiyyə parkı ərazisində sakinlərin rahatlığını və şəhərin təmizliyinin təmini məqsədilə tullantı qabları qoyulub.
Qeyd edək ki, il ərzində bələdiyyənin sosial və ekoloji yönümlü layihələri davam edəcək.
Müzakirə qapadılmışdır.