Sumqayıt şəhər Məhkəməsinin hakimi Gülnarə Tağızadənin təqaüdə çıxması ilə bağlı məhkəmədə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən məhkəmənin sədri Rəşad Mustafayev son yaş həddinə çatması ilə əlaqədar öz və kollektiv adından hakim Gülnarə Tağızadəni yubiley münasibətilə təbrik etmiş, ona uzun ömür və can saqlığı arzu etmişdir. Onun hakimlik etdiyi dövrdə məhkəmə sisteminin inkişafına böyük töhfə verdiyini və gənc hakimlər üçün örnək olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev tərəfindən ünvanlanmış təbriknamə elan edilərək, G.Tağızadəyə təqdim edilmişdir.
Sonda kollektiv adından məhkəmənin sədri tərəfindən hakim G.Tağızadəyə hədiyyə təqdim edilmiş və xatirə şəkili çəkilmişdir.
Müzakirə qapadılmışdır.