Sumqayıt məktəblilərinin Quba rayonuna ekskursiyası təşkil edilib

532
Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamını və COP 29-un ölkəmizdə keçiriləcəyini nəzərə alaraq bir qrup məktəblinin Quba rayonuna ekskursiyası təşkil edilib.
Məktəblilər ekskursiya zamanı təbiətlə daha yaxından tanış olmaq, yeni dostlar qazanmaq, interaktiv oyunlar oynamaq və özünü inkişaf etdirmək üçün fürsət əldə ediblər.
Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi ekskursiyanın təşkili üçün maddi dəstək göstərib. Belə ki, 50 nəfər şagirdin bütün xərcləri Bələdiyyə tərəfindən qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər