Sumqayıt nümayəndə heyəti Almaniyada keçirilən “Şəhər günü” tədbirlərində iştirak edib

2088

Almaniyanın Lüdviqshafen şəhərində hər il ənənəvi olaraq 27–30 iyun tarixlərində “Şəhər günü” tədbirləri keçirilir. Bu ilki tədbirlərə Lüdviqshafen şəhəri ilə tərəfdaşlıq əlaqələri olan Sumqayıt şəhərinin nümayəndə heyəti də dəvət olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Lüdviqshafendə keçirilən “Şəhər günü” tədbirlərində iştirak edib. Sumqayıtla Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulmuş dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyi vurğulanıb. Bildirilib ki, bu il iki şəhər arasında dostluq əlaqələrinin 38, tərəfdaşlıq münasibətlərinin isə 48 illiyi tamam olur.

Sumqayıt nümayəndə heyətinin şərəfinə Reynland-Pfalz vilayətinin Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert proqramı təşkil olunub. Konsertdə Lüdviqshafen şəhərinin meri Yutta Ştaynruk da iştirak edib.

Qeyd olunub ki, bu cür görüşlər şəhərlərarası əlaqələrin möhkəmlənməsinə, eləcə də mədəni və ictimai əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər