Sumqayıt nümayəndə heyəti Avstriyada

836

Sumqayıt nümayəndə heyətinin Avstriyaya səfəri çərçivəsində rəsmi görüşlər və sənaye müəssisələri ilə tanışlıq davam edir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyanın Lints şəhərinə səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Avstriya Respublikasının Parlament binasında olub. Qonaqlara ölkə parlamentinin tarixi, hüquqi strukturu və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin işgüzar səfəri çərçivəsində Avstriyada fəaliyyət göstərən qabaqcıl sənaye müəssisələrinə də tanışlıq səfərləri təşkil olunub. Sumqayıt heyəti yüksək texnologiyalara əsaslanan istehsal prosesləri, avtomatlaşdırılmış idarəetmə sistemləri və yaşıl enerji texnologiyalarının tətbiqi ilə yerində tanış olub. Bu görüşlər zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə edilib.

Səfər çərçivəsində keçirilən bütün görüş və təqdimatlarda Sumqayıtın sənaye, texnoloji inkişaf və investisiya potensialı haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti vurğulayıb ki, Sumqayıt bu gün Azərbaycanın əsas sənaye və iqtisadi inkişaf mərkəzlərindən biri olaraq, beynəlxalq təcrübənin tətbiqi və innovativ layihələrin həyata keçirilməsi baxımından geniş imkanlara malikdir.

Qeyd olunub ki, səfər çərçivəsində əldə olunan razılaşmalar və yaradılan yeni təmaslar iki şəhər arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə, Sumqayıtın beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər