21-23 may tarixlərində Çin Xalq Respublikasının Çunçin şəhərində “Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq” konfransı keçirilib.
Tədbirdə dünyanın 26 ölkəsindən 40 şəhərin nümayəndə heyətləri iştirak edib. Konfrans çərçivəsində “Biomüxtəlifliyin Qorunması üzrə Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq” təşəbbüsü irəli sürülüb və əməkdaşlığın dərinləşməsinə dair konsensusa nail olunub.Sumqayıt şəhərinin müəssisə, idarə və iş adamlarından ibarət nümayəndə heyəti də tədbirdə iştirak edib. Nümayəndə heyətinə Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev rəhbərlik edib. Tədbir çərçivəsində bir çox istehsalat müəssisələrinə və sərgilərə baxış keçirilib, bir neçə iş adamı qarşılıqlı əməkdaşlıq etmək üçün danışıqlar aparıb.Sumqayıt şəhər ictimaiyyəti adından ağac əkilib və Çunçin şəhərinin mərkəzi küçələrindən birində Sumqayıt şəhərinin şəkilləri sərgilənib.Tədbirdə Sumqayıt şəhərində cənab Prezident İlham Əliyevin göstərişi ilə yaradılan müasir sənaye klasterləri, xüsusilə Kimya Sənaye Parkı haqqında və şəhərdə ətraf mühitin qorunması və ekologiyanın yaxşılaşdırılması sahəsində görülən işlər haqqında məlumat verilib.
Müzakirə qapadılmışdır.