Sumqayıt nümayəndə heyəti Mogilyov şəhərində keçirilən tədbirlərdə iştirak edib

229

Sumqayıt şəhərinin 16 ildir qardaşlaşdığı Belarus Respublikasının Mogilyov şəhərinin 758 illik yubileyi münasibətilə bu şəhərdə bir sıra tədbirlər təşkil olunub. Yubiley tədbirlərində iştirak etmək məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mogilyov şəhərində olub.

Səfər çərçivəsində nümayəndə heyətimiz rəsmi tədbirlərdə iştirak edib, dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək yeni əlaqələr qurub. Görüşlər zamanı iki şəhər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəfdaşlıq münasibətlərinin inkişafı üçün səmərəli fikir mübadiləsi aparılıb.

Bundan əlavə, nümayəndə heyəti Mogilyov şəhərində yerləşən “Mogilyovliftmaş” Holdinqinin bir neçə iri istehsalat müəssisəsində olub, istehsalat prosesi yerində izlənilib, texnoloji imkanlar və məhsulun keyfiyyəti ilə bağlı məlumatlar əldə olunub.

Səfər çərçivəsində Sumqayıt və Mogilyov şəhərləri arasında qardaşlıq əlaqələrinin daha da dərinləşməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması məqsədilə müzakirələr aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər