Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub

522

Yenidoğulmuş uşaqların təxliyəsinin əlçatanlığını təmin etmək məqsədilə TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz ambulansla (reanimobillə) təmin edilib.

Müasir avadanlıqlarla və transport küvəzlə təchiz edilən ambulans ağır vəziyyətdə doğulmuş körpələrin regionlardan Sumqayıt Perinatal Mərkəzinə təxliyəsini asanlaşdıracaq.

Ambulansda körpələrin təhlükəsiz daşınması üçün temperatur, oksigen səviyyəsi və həyati əlamətləri nəzarətdə saxlayan xüsusi küvəz mövcuddur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər