İntihar etmiş Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb. Xeberle.com məlumat verir ki, intiharın səbəbləri ilə bağlı daha öncə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, R.Qasımovanın imtahan kəsiri ilə bağlı intihar etməsi həqiqətdən uzaq görünür: “Yanvarın 9-da “Ana dili” fənnindən keçirilən imtahanda Rumiyyə Qasımova ən aşağı – 12 bal toplayıb: “Lakin bu, hələ son demək deyildi.
Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır”.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, sosial şəbəkədə Rumiyyə Qasımovanın imtahandan kəsildiyi üçün intihar etdiyi barədə məlumatlar yayılıb.
Sumqayıt prokurorluğu tələbə qızın intiharı ilə bağlı cinayət işi açıb
•
660
Müzakirə qapadılmışdır.