Sumqayıt Regional Ədliyyə İdarəsində “Heydər Əliyev İli” çərçivəsində qanvermə aksiyası keçirilib

569

Sumqayıt Regional Ədliyyə İdarəsinin təşkilatçılığı, yerli ədliyyə qurumlarının və Sumqayıt bələdiyyələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində qanvermə aksiyası keçirilmişdir. 

Mərkəzi Qan Bankı tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülmüşdür. Tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliya və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Xeyriyyə aksiyasına qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər