Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi könüllü tibbi sığorta xidmətləri üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini yanvarın 17-si, saat 15:00-a qədər idarəyə – Sumqayıt şəhəri, Bulvar küçəsi, 10 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Müzakirə qapadılmışdır.