Aprelin 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasim zamanı daha 101 namizəd vəkil andı içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.
Yeni vəkillərin sırasına Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərəcək üç hüquqşünas da qoşulub. Belə ki, 21 aprel 2025-ci il tarixindən etibarən Adil Bünyadov, Tural Məmmədov və Tamara Zeynalova Sumqayıtda vəkil kimi rəsmi fəaliyyətə başlayıblar. Bununla da büroda fəaliyyət göstərən vəkillərin sayı 27-yə yüksəlib.
Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı yeni fəaliyyətə başlayan həmkarlarını təbrik edərək onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, hüquq sisteminin inkişafında vətəndaşların hüquqlarının müdafiəsində vəkillərin rolu böyükdür və yeni üzvlərin büronun fəaliyyətinə müsbət töhfə verəcəyinə inanır.
Qeyd edək ki, ARVK tərəfindən keçirilən test və müsahibə mərhələlərini uğurla tamamlayan namizədlərin andiçmə mərasimi vəkil peşəsinə qəbulun sonuncu və ən önəmli mərhələsidir. Bu mərasim həm də vəkillik institutunun cəmiyyət üçün daşıdığı məsuliyyətin rəmzi hesab olunur.
Müzakirə qapadılmışdır.