Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı Eskişehirdə görüşlər keçirib

409

Azərbaycan və Türkiyə vəkilləri arasında əməkdaşlıq əlaqələri möhkəmlənir

Eskişehirdə səfərdə olan Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı Türkiyənin Eskişehir Barosu rəhbərliyi ilə görüşüb. Səfər çərçivəsində o, Eskişehir Baro başqanı avukat Barış Günaydın, eləcə də vəkillər Yusuf Yıldırım və Furkan Yıldırımla görüşüb.

Anar Qasımlı sosial media paylaşımında bildirib ki, Eskişehir Baro başqanı Barış Günaydın onları səmimi və mehriban şəkildə qarşılayıb, yüksək qonaqpərvərlik nümayiş etdirib. O, görüş zamanı göstərilən diqqətə görə təşəkkürünü ifadə edərək bildirib: “Azərbaycan və Türkiyə vəkillik təsisatları arasında münasibətlər yüksək səviyyədə və davamlı inkişafdadır. Nə yaxşı ki, bizlərə də bu münasibətlərin daha da dərinləşməsi üçün kiçik qatqılar vermək imkanı nəsib olub.”

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri həmçinin Türkiyəli həmkarlarını Azərbaycanda görmək arzusunu da ifadə edib.

Görüş, Azərbaycan və Türkiyə hüquq ictimaiyyəti arasında əməkdaşlığın genişlənməsi, təcrübə mübadiləsinin və qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər