Sumqayıt sakini qəza törətdi, piyada öldü

665

Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə dekabrın 12-si saat 18 radələrində rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər