Sumqayıtda evdən xeyli miqdarda pul oğurlanıb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb. Orada yaşayan Pərvanə Umudova polisə müraciət edərək yaşadığı evdən 21 min manatın naməlum şəraitdə oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Kamal Əliyev tutulub. O, açar seçmə yolu ilə P. Umudovaya məxsus evdən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.