Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov “Mercedes” markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Nəticədə sərnişinlər – Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.
Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
19:47
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50-BT-575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.
Nəticədə avtomobildə 3 nəfərdən 2-si ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.
Müzakirə qapadılmışdır.