Böyük şəhərin tək komandası olan “Sumqayıt” doğma Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionuna qayıdır.
Əsaslı təmirdən sonra yenidən futbolçulara və futbolsevərlərə qucaq açacaq arenadakı ilk oyun “Neftçi” ilə olacaq.
Fevralın 4-də saat 15:00-da start götürəcək matç üçün bilet satışına saatlar qalıb.
Biletləri bu gün saat 15:00-dan etibarən iticket.az saytından, həmçinin Sumqayıta yerləşən 1 saylı “Asan xidmət”dən əldə edə bilərsiniz.
Azarkeş marağını nəzərə alaraq oyuna 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.
Böyük şəhərin tək komandası öz azarkeşlərini gözləyir.
Müzakirə qapadılmışdır.