Sumqayıt şəhərində xüsusi ayrılmış ərazilərdə hər həftəsonu kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və müvafiq strukturların rəhbərləri dekabrın 17-də 12-ci mikrorayonda təşkil edilən satış-yarmarkada yaradılan şəraitlə maraqlanıblar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən yarmarkaya respublikanın ayrı-ayrı rayonlarından gələn fermerlər 300-dən çox müxtəlif adda kənd təsərrüfatı və yeyinti məhsulları çıxarıblar.
Məhsullar alıcılara bazardakından 25-30 faiz ucuz təklif edilir. Bayramqabağı təşkil edilən satış-yarmarka sakinlərin də ürəyincə olub.
VİDEO GÖRÜNTÜLƏR:
Müzakirə qapadılmışdır.