Sumqayıt şəhər 1 saylı Doğum Evi əsaslı təmir edilib – FOTOLAR

825

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 1 saylı Doğum Evinində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Şəhər rəhbərinə məlumat verilib ki, 75 çarpayılıq 1 saylı Doğum Evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum evində cərrahiyyə,anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi,intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.

Bildirilib ki, doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib.Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.

Doğum Evindəki laboratoriylar ən son texnoloji avadanlıqlarla təhciz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi,təhlükəsizlik kameraları da quraşdırlıb. Tibb ocağıının həyəti abadlaşdırılıb,asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

1 saylı Doğum Evinə baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən tibb ocaqlarının baş həkimlərinə tapşırıq və tövsiyələrini verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər