Sumqayıt şəhərində davamlı olaraq iməcilik işləri həyata keçirilir. Növbəti iməcilik şəhərin 76-cı məhəlləsi ərazisində keçirilib.
“Şəhərimizi təmiz saxlayaq!” devizi altında keçirilən iməcilikdə ərazidəki mövcud tullantılar toplanaraq götürülüb.
Aksiyada iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ərazidə yaşayan sakinlər və müəssisə rəhbərləri ilə görüşüb, belə aksiyaların tez-tez keçiriləcəyini vurğulayıblar. Bununla yanaşı, ərazinin təmiz saxlanılması, əraziyə tullantıların atılmaması üçün vətəndaşlara və müəssisə rəhbərlərinə çağırış edilib.
Müzakirə qapadılmışdır.