Sumqayıt şəhər Ağsaqqallar Şurasının növbəti iclası keçirilib
Toplantıda 2025-ci ilin yekunları müzakirə olunub, 2026-cı il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib. İclasda şəhər rəhbərliyinin nümayəndələri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.
Hesabatda ötən il ərzində həyata keçirilən abadlıq-quruculuq işləri hqqında danışılıb, Sumqayıt şəhər Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
2026-cı ildə yeni yaşayış massivlərində abad məhəllələrin salınması, sosial infrastruktur layihələrinin davam etdirilməsi, gənclərlə işin gücləndirilməsi və narkomaniyaya qarşı mübarizənin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib. İclasın sonunda fəaliyyət proqramı qəbul olunub.



Müzakirə qapadılmışdır.