Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib -FOTOLAR

968
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda İctimai Şura üzvləri, şəhərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri, ziyalılar, gənclər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev iclasda iştirak edən Şura üzvlərini və iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə iclas iştirakçılarını müzakirələrə dəvət edib.
Hümbət Quliyev çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.
Şura sədri Hümbət Quliyev iclas iştirakçılarına əvvəlki işlasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışdı və qeyd etdi ki, iclasda qaldırılmış problemlər, verilən təkliflər rəsmi şəkildə İcra Hakimiyyətinə çatdırılmış, həmin məsələlər artıq həll olunmuşdur.
Şuranın katibi Firuzə Xankişiyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamasından, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsindən geniş məlumat verib.
Şuranın fəaliyyətində məhəllə komitələri, şəhər ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, şəhərdə görülən abadlıq- quruculuq, ekoloji  maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edib.
İclasda 2023-cü ilin birinci yarısında görüləcək işlərin planı təsdiq edilib.
Şura sədri Hümbət Quliyev, şura üzvlərinə cari fəaliyyət planı üzrə vətəndaşlar, şəhid ailəsi üzvləri və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib və həmin müraciətlərlə bağlı dəstək göstəriləcəyi, müraciətlərin aidiyatı qurumlara yönləndiriləcəyi bildirilib.
Vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri, ziyalılar, gənclər və şəhər ictimaiyyətinin nümayəndələri öz çıxışlarında İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdilər və səslənən təklifləri qeyd etdiklərini vurğuladılar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər