Sumqayıt Şəhər Məhkəməsində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş açıq qapı günü keçirilib

623

08 oktyabr 2025-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş açıq qapı günü təşkil edilib.

Tədbirdə Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib.

Çıxış edən Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamının dövlətçilik tariximizin, milli qanunvericiliyimizin və suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi, eləcə də geniş təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Hakim Samir İsmayılov həmçinin Prezident İlham Əliyevin dövlətin ali qanununun təkmilləşdirilməsi istiqamətində gördüyü genişmiqyaslı islahatlar barədə məlumat verib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasının Azərbaycanın böyük tarixi qələbəsi olduğunu qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər