Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Sumqayıt Şəhər Məhkəməsində kadr dəyişiklikləri həyata keçirilib.
Belə ki, Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Sumqayıt Şəhər Məhkəməsin isə iki yeni təyinat olub:
-
Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilib;
-
Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin olunub.
Müzakirə qapadılmışdır.