Sumqayıt Şəhər Məhkəməsinə yeni təyin olunmuş hakimlər kollektivə təqdim edilib

202
Sumqayıt Şəhər Məhkəməsinə yeni təyin olunmuş hakimlər məhkəmənin kollektivinə təqdim edilib.
sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli sərəncamına əsasən bir sıra birinci inistansiya məhkəmələrinə hakimlər təyin edilmişdir. Həmin sərəncama əsasən Məhərrəmov Vüsal Rəfi oğlu, Məmmədova Vüsalə Yadigar qızı, Həxiyeva Şəbnəm Səlim qızı və Quliyev Ramiz Mübariz oğlu Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin ediliblər.
Yeni təyin olunmuş hakimlər 05 yanvar 2026-cı il tarixdə məhkəmə sədri tərəfindən məhkəmənin kollektivinə təqdim edilmiş, məhkəmənin kollektivi tərəfindən onlara çətin və şərəfli yolda uğurlar arzu edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər