Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” “Simurq”la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda əvəzedicilərlə yoldaşlıq görüşü keçirib.
Oyun 2:1 hesabı ilə Bernhard Raabın komandasının xeyrinə başa çatıb. Əsas komandanın heyətində Orxan Həsənov və Kamil Nurəhmədov, əvəzedicilərdən isəAydın Qasımov fərqləniblər.
Milli.Az