“Sumqayıt şəhər stadionu bütün oyunları keçirməyə hazırdı”

1121

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun 650 parklanma yeri var.

“Report “ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev deyib.

Onun sözlərinə görə, stadionun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb: “Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb. Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. 22 sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb”.

N.Quliyev bildirib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək: “Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var”.

O qeyd edib ki, stadionda Azərbaycan milli komandasının oyunlarının keçirilməsi nəzərdə tutulur: “Bundan əlavə, Azərbaycan Futbol Federasiyası tərəfindən hansı yarışların keçirilməsinə icazə verilsə, biz bu stadionda keçirməyə tam hazırıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər