Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu əsaslı təmir olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.
Qeyd edək ki, stadion bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Nəsimi adına parkın əhatəsində yerləşir. 1966-cı il iyulun 1-də istifadəyə verilən stadion 1979-1980-ci və 1993-1994-cü illərdə təmirə dayandırılıb. Sonuncu dəfə isə 2011-ci ildə burada kiçik təmir işləri aparılıb.
Stadion xeyli vaxtdır baxımsızlıq ucbatından yararsız hala düşüb. Öt örtüyünün, tribunalardakı oturacaqların, paltardəyişmə və digər yardımçı otaqların ciddi təmirə ehtiyacı var.
Şəhər stadionunun yenidən qurulması həm sumqayıtlı futbolçular, həm də azarkeşlərin ürəyincədir.
Müzakirə qapadılmışdır.