Sumqayıt şəhər stadionunda cüdo məşqlərinə start verilib (FOTO)

1278

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bu gündən cüdo məşqlərinə start verilib.

Bu barədə Trend-ə Azərbaycan Cüdo Federasiyasının Sumqayıt üzrə məşqçisi İlham Məmmədov deyib.

“Sumqayıtın üç idman məktəbinin və bir neçə klubun 2007-2008-ci il təvəllüdlü yetirmələri artıq Sumqayıt şəhər stadionunun cüdo zalında fəal məşq etməyə başlayıblar”, – deyə o, vurğulayıb.

İ.Məmmədov həmçinin cüdonun təkcə idman növü deyil, həm də gəncləri şəxsi intizama, rəqibinə hörmət etməyə və fiziki dözümlülüyə öyrədən fəlsəfə olduğunu qeyd edib.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərir. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər