Sumqayıt şəhərində abadlıq-quruculuq və iməcilik tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Növbəti belə tədbirlərdən biri Xəzər dənizinin Sumqayıt şəhər sahillərindən keçən hissəsində təşkil olunub. Sumqayıt Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Təmizlik Departamentinin əməkdaşları tərəfindən sahilboyu ərazilərdə geniş iməcilik işləri aparılıb. Ərazi tullantılardan təmizlənib, sahildə yığılıb qalan məişət və digər qalıqlar xüsusi texnikalar vasitəsilə daşınıb.
Təmizlik Departamentinin əməkdaşları sahilin səliqəyə salınması istiqamətində böyük zəhmət göstəriblər. Onların fədakar əməyi nəticəsində sahilboyu ərazilər daha təmiz və baxımlı vəziyyətə gətirilib. Aparılan işlər həm şəhər sakinlərinin, həm də qonaqların istirahət etdiyi məkanların daha rahat və səliqəli olmasına töhfə verir.
Sumqayıtda yaşıllaşdırma tədbirləri də davam etdirilir. Şəhərin ən çox ziyarət olunan istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət parkında ağacəkmə aksiyası həyata keçirilib. Park ərazisində yeni ağaclar əkilib, mövcud yaşıllıqlara xüsusi qulluq göstərilib. Əkilən ağacların inkişafı üçün torpaq yumşaldılıb, suvarma və digər aqrotexniki tədbirlər görülüb. Görülən işlər parkın ekoloji mühitinin daha da yaxşılaşmasına, şəhərin yaşıllıq zolaqlarının genişlənməsinə xidmət edir.
Sumqayıt bulvarında da geniş abadlıq işləri həyata keçirilib. Bulvar ərazisində müxtəlif növ dekorativ güllər əkilib, yaşıllıq zolaqları yenilənib.Bununla yanaşı, ərazidə yerləşən oturacaqlar və müxtəlif dekorativ fiqurlar yenidən rənglənərək daha estetik görünüşə gətirilib. Bulvarın müxtəlif hissələrində təmir və yenilənmə işləri aparılıb, ərazi daha baxımlı vəziyyətə salınıb.Eyni zamanda Xəzər dənizinin sahilboyu hissəsində torpaqlama işləri də görülüb.
Ümumilikdə Sumqayıt şəhərində həyata keçirilən bu genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərin simasının daha da gözəlləşməsinə səbəb olur. Şəhərin müxtəlif guşələrində aparılan bu cür işlər Sumqayıtın daha təmiz, yaşıllıqlarla zəngin və müasir şəhər kimi inkişaf etdiyini bir daha göstərir.


Müzakirə qapadılmışdır.