Sumqayıt şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.
İşlər yalnız şəhərin mərkəzi küçələrində deyil ətraf qəsəbələrdə də aparılır. Corat qəsəbəsində yerləşən əsas işlək küçələrdən olan Sülh küçəsində də asfaltlanma işləri aparılıb.