Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə 27 fevral 2024-cü il tarixində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Gülbahar Haqverdiyeva tədbiri açıq elan edərək sözü qonaqlara verib.
Tədbirdə Sumqayıt şəhər İcra Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Müzəffərova, İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Aynur Eyvazova , Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin sədri Əsli Qasımova, 7 saylı ASM-in baş həkimi Könül Məmmədli və İstedad liseyinin 10-cu sinif şagirdi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında Uşaq Səfirlər Məclisinin nümayəndəsi Ramal ƏIizadə çıxış edərək, erkən nikahların qarşısının alınması üçün maarifləndirmə işlərinin uşaqlar və şagirdlər arasında aparılmasının vacibliyini bildiriblər.
Tədbir mövzu ətrafında müzakirələr aparılıb.
“Qırmızı” adlı erkən nikah haqqında qısametrajlı film nümayiş etdirildikdən sonra şagirdlərin filmə münasibəti öyrənilmişdir.
Müzakirə qapadılmışdır.