Sumqayıt şəhərində ikinci dəfə beynəlxalq TEDx tədbiri keçiriləcək

555

“TEDx” müxtəlif ideyaları araşdırmaq və kəşf etmək üçün TED-in ümumi missiyası ruhunda yaradılmış kütləvi təşəbbüsdür. Bu tədbirlər TED tərəfindən verilən rəsmi lisenziya əsasında
həyata keçirilir və istifadə olunun “x” tədbirin tamamilə müstəqil şəkildə təşkil olunduğunu göstərir.

Çətinliklər və müxtəlif çatışmazlıqlar insanı əvvəl olduğundan daha güclü edir. Ötən illərdə yaşadığımız xüsusi karantin rejimi, İkinci Qarabağ müharibəsi və digər hadisələr “Kintsugi” mövzusunun seçilməsinə əsas səbəb olmuşdur.
Xüsusi karantin rejiminin sonlanması, işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılması dirçəlməni və yenilənməni özündə əks etdiririr. Bu tədbirin də əsas məqsədi insanları
müxtəlif peşə sahələrindən olan spikerlər vasitəsi ilə maneələri və qüsurları dərk etmiş şəkildə inkişafa səsləməkdir. Tədbir 12 fevral Sumqayıt Dövlət Dram Teatrında baş tutacaqdır.

Tədbirdə 8 spikerin çıxışı nəzərdə tutulmuşdur və onların siyahısı aşağıdakı kimidir:
1. Elşad Yusifli – Mühəndis, sahibkar.
2. İradə Qədirova – Səyahətçi, yazar.
3. Qafar Demirçi – İqtisadiyyatçı, sahibkar.
4. Aytən Eynalova – Xüsusi təhsil üzrə pedaqoq.
5. Fuad Kərimov – İdarəçi, consultant.
6. Leyla Tağızadə – Həkim, nevroloq.
7. Tural Əsədov – Televiziya siması.
8. Günay Rəsulova – Təhsil üzrə mütəxəssis.

Tədbirdə ümumi olaraq tamaşaçılar və fəxri qonaqlarla birlikdə 400 nəfərin iştirakı gözlənilir. Eləcə də, tədbirdə səhnədə çıxış edəcək olan musiqili qonaqların iştirakı və yemək fasiləsi
nəzərdə tutulmuşdur.

Tədbir haqqında ətraflı məlumat əldə etmək üçün sosial media hesablarımızı izləyə bilərsiniz:
Instagram: TEDxSumgait
Facebook: TEDxSumgait
Linkedin: TEDxSumgait

Əlaqə nömrələri:
+994 51 519 9845
+994 51 515 4948

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər