Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının “İngilis Dili Təlimi: Dijital Yeniliklər Dünyasına Səyahət” adlı layihəsi müvəffəqiyyətlə başa çatıb. Bu layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olaraq ingilis dili təlimində müasir dijital texnologiyaların tətbiqi ilə tədrisin interaktivliyini və effektivliyini artırmağa yönəlmişdi.
Layihə müddətində 7 və 8-ci sinif şagirdləri ingilis dili biliklərini inkişaf etdirərək, qrammatika, dinləmə bacarıqlarını gücləndirdilər və rəqəmsal platformalardan sərbəst istifadə etməyi öyrəniblər. Layihə rəhbəri Vüsalə Həbibova layihənin məqsədinin şagirdlərin ingilis dili öyrənmə prosesini daha dinamik və motivasiyaedici etmək olduğunu vurğulayıb. Həmçinin, şagirdlərin fərdi öyrənmə bacarıqlarının inkişafı və analitik düşünmə qabiliyyətlərinin formalaşması təşviq olunub.
Layihə çərçivəsində əldə edilən nailiyyətlər arasında öyrənmə həvəsinin artması, qrammatika və dinləmə bacarıqlarının inkişafı və rəqəmsal savadlılığın yüksəlməsi qeyd olunub. Vüsalə Həbibova bu təcrübənin təhsildə rəqəmsal platformaların nə qədər effektiv olduğunu bir daha sübut etdiyini bildirib.
Layihənin bağlanış mərasimində iştirak edən bütün tərəfdaşlara və əməkdaşlara təşəkkür edən Vüsalə Həbibova şagirdlərin əldə etdikləri uğurların təhsildə yeniliklərə və inkişaflara olan ehtiyacı göstərdiyini qeyd edib.
Müzakirə qapadılmışdır.