Sumqayıt şəhərində itkin-şəhid dəfn olunacaq

127

sumqayitxeber.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, sonradan şəxsiyyəti müəyyənləşdirilmiş hərbçi Mehriban Arif qızı Qarayeva Sumqayıt şəhərində dəfn olunacaq.

Bildirilib ki, dəfn mərasimi 20 fevral 2026-cı il tarixində, saat 11:00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər